Keçmiş məmurun intiharı ilə bağlı ilginc təfərrüat- bunu özünə dərd edib, içkiyə qurşanıbmış

Keçmiş məmurun intiharı ilə bağlı ilginc təfərrüat- bunu özünə dərd edib, içkiyə qurşanıbmış
KRİMİNAL

16 avqust 2019, 00:51

Mətn ölçüsü

Qubada keçmiş məmur özünü asaraq intihar edib.

News24.az Report-a istinadla xəbər verir ki, hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qaynarinfo isə yazıb ki, mərhum əvvəllər rayon İH başçısının müavini, rayon maliyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, sərxoş halda öz həyatına son qoyub. Həmçinin mərhumun oğlu Elvin Abbasovun 2014-cü ildə həyat yoldaşından rəsmi olaraq boşandığı da aydın olub. Mərhum isə bunu özünə dərd edib, içkiyə qurşanıb.

Yüksək vəzifələrdə çalışmış Canpolad Abbasov sonradan fərdi sahibkarlıq fəaliyyətilə məşğul olurmuş.