Keçmiş məhkum oğurluq edərkən saxlanıldı -Sumqayıtda
    • 16-08-2019, 20:41
    • 797

Keçmiş məhkum oğurluq edərkən saxlanıldı -Sumqayıtda

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən mətbuat xidmətindən News24.az -a bildirilib ki, 5-ci mikrorayon ərazisində mağazaların birində işləyən şəhər sakini İ.Əzimovanın içərisində 470 manat pul, qızıl bilərzik, sənəd və açarlar olan pul kisəsi oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunan R.Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.