Daşkəsəndə avtomobil piyadanı vurdu, xəstəxanaya çatdırılmadan öldü
    • 16-08-2019, 21:38
    • 780

Daşkəsəndə avtomobil piyadanı vurdu, xəstəxanaya çatdırılmadan öldü

Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
News24.az xəbər verir ki, qəza avqustun 15-də saat 19 radələrində qeydə alınıb. 
Yuxarı Daşkəsən qəsəbə sakini Q.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Hüseynovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.