DİN-dən əməliyyat: Cəlilabad sakinində narkotik aşkarlandı
    • 17-08-2019, 15:01
    • 766

DİN-dən əməliyyat: Cəlilabad sakinində narkotik aşkarlandı

Cəlilabad sakinində külli miqdarda narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də rayon sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun yaşadığı evə baxış zamanı 623,027 qram heroin, 2,502 qram metamfetamin və 8 ədəd fenazepam psixotrop maddə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.