USD 1.7
EUR 1.8873
TRY 0.2491
RUB 0.0242
  • Bakı 17°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 17°C
  • LƏNKƏRAN 15°C
  • ŞƏKİ 15°C
  • QUBA 13°C
  • NAXÇIVAN 15°C

Tovuzda narkotacir TUTULDU

KRİMİNAL

Mətn ölçüsü

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Nizaməddin Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 22 ədəd bükülüdə ümumi çəkisi 15, 794 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı N. Tağıyev narkotik vasitəni özü əkdiyini və 3 büküm və ya 1, 941 qramını həmkəndlisi İlqar adlı şəxsə satdığını bildirib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: