21 yaşlı oğlan bıçaqlandı

21 yaşlı oğlan bıçaqlandı Kriminal

Qax rayonunda bıçaqlanma hadisəsi olub.

News24.az xəbər verir ki, 15 yaşlı E.M. 2003-cü il təvəllüdlü Yusif Danyelə kəsici alətlə xəsarət yetirib.

Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi bildirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan qeyd edilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.