Goranboyda ölümlə nəticələnən qəza baş verdi 1 ölü, 3 yaralı
    • 24-08-2019, 23:28
    • 1 150

Goranboyda ölümlə nəticələnən qəza baş verdi 1 ölü, 3 yaralı

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
Belə ki, yük maşını ilə "Vaz 2107" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilində olan Tərtər rayon Səhləbad kənd sakini, 1955-ci il təvəllüdlü Əhməd Rasim Məhəmməd oğlu ölüb.
Üç nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.