Xaçmazda avtomobil yaşayış evinə çırpıldı

Xaçmazda avtomobil yaşayış evinə çırpıldı
KRİMİNAL

25 avqust 2019, 12:15

Mətn ölçüsü

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. 
News24.az xəbər verir ki, qəza şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. 
99 ER 795 dövlət nömrə nişanlı "Kia" markalı avtomobil yaşayış evlərindən birinin hasarına çırpılıb. 
Hadisə şahidləri qəzaya yüksək sürətin səbəb olduğunu bildirirlər. Qəza nəticəsində xəsarət alan olmasa da, yaşayış evinə və avtomobillə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.