Gəncədə 2 nəfəri vurub, qaçan sürücü ƏLƏ KEÇDİ
    • 26-08-2019, 15:19
    • 702

Gəncədə 2 nəfəri vurub, qaçan sürücü ƏLƏ KEÇDİ

Gəncədə 2 nəfərin xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də Gəncə şəhər sakinləri olan 2 nəfərin xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan uzaqlaşan “Mercedes” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini S.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.