Goranboyda "Mitsubishi" və "VAZ-2106" markalı avtomobillər toqquşdu
    • 27-08-2019, 00:15
    • 2 387

Goranboyda "Mitsubishi" və "VAZ-2106" markalı avtomobillər toqquşdu

Goranboy yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza Dəliməmmədli-Qaradağlı yolunda olub.
Belə ki, "Mitsubishi" və "VAZ-2106" markalı avtomobillərin toqquşması zamanı bir nəfər xəsarət alıb.
VAZ-ın sürücüsü 1989-cu il təvəllüdlü Hüseynov Ceyhun Vidadi oğlu hadisə nəticəsində yaralanıb.
O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma başladılıb.