Vəfat edən xəstənin yaxınları tibb işçisinə təzyiq edib, şüşələr sındırılıb
    • 28-08-2019, 00:43
    • 1 294

Vəfat edən xəstənin yaxınları tibb işçisinə təzyiq edib, şüşələr sındırılıb

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
News24.az -ın verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 
Gəncə sakini 1957-ci il təvəllüdlü Həsənov Ehtiram Mövsüm oğlu yolu keçən zaman avtomobil onu vurub. Qəzanı törədən sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya aparıb. Tibbi yardımlara baxmayaraq, 62 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Dünyasın dəyişən piyadanın yaxınları xəstəxanada tibb işçilərinə qarşı təyziq göstəriblər, tibb müəssisəsinin şüşələrindən bir neçəsin qırıblar.
Faktla bağlı araşdırma aparılır.