Mingəçevir İES-də çalışan Sənan iş zamanı yanaraq vəfat edib

Mingəçevir İES-də çalışan Sənan iş zamanı yanaraq vəfat edib
KRİMİNAL

28 avqust 2019, 00:50

Mətn ölçüsü

Mingəçevir İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq vəfat edib.
Qeyd edək ki, Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub. 
Faktla bağlı araşdırma aparılır.