Ələt-Astara yolunda ağır zəncirvari qəzada 3 nəfər öldü, Tıxac yarandı

Ələt-Astara yolunda ağır  zəncirvari qəzada 3 nəfər öldü, Tıxac yarandı
KRİMİNAL

30 avqust 2019, 23:14

Mətn ölçüsü

Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.
News24.az Virtualaz.org-a istinadən xəbər verir ki, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib , 4 nəfər isə xəsarət aldıqlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.
Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.