Dostlar arasındakı mübahisə bıçaqlanma ilə nəticələnib 19 yaşlı gəncin vəziyyəti ağırdır

Dostlar arasındakı mübahisə bıçaqlanma ilə nəticələnib 19 yaşlı gəncin vəziyyəti ağırdır
KRİMİNAL

30 avqust 2019, 23:52

Mətn ölçüsü

Bakının Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.

News24.az APA -ya istinadən xəbər verir ki, insident Hövsan qəsəbəsində qeydə alınıb.

Bir neçə nəfər dost arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.