Bakıda binanın fasadını təmir edərkən yıxıldı

Bakıda binanın fasadını təmir edərkən yıxıldı
KRİMİNAL

31 avqust 2019, 23:15

Mətn ölçüsü

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Həsənov Vüsal Akif oğlu binadan yıxılaraq ağır xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, V.Həsənov binanın fasadını təmir edərkən yıxılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.