Sürücü “KamAZ” la qadının üstündən keçdi
    • 15-08-2018, 14:02
    • 976

Sürücü “KamAZ” la qadının üstündən keçdi

Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili işlər Nazirliynin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulmuş və nəticədə piyada hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb.