Bakıda evdən 4700 manatlıq QIZIL OĞURLANDI

Bakıda evdən 4700 manatlıq QIZIL OĞURLANDI
KRİMİNAL

06 sentyabr 2019, 18:34

Mətn ölçüsü

Xətai rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Qocayev saxlanılıb.