Bakıda 4 nəfər intihara cəhd etdi - Hadisə yerindən VİDEO
    • 16-08-2018, 11:40
    • 1 062

Bakıda 4 nəfər intihara cəhd etdi - Hadisə yerindən VİDEO

Bakıda 4 nəfər şəxs intihara cəhd edib. 

 FHN-nin verdiyi məlumata görə, Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihar etmək istədiklərini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

Əməliyyat başa çatıb.