Balakən sakininin avtomobilində narkotik AŞKARLANDI
    • 11-09-2019, 10:30
    • 693

Balakən sakininin avtomobilində narkotik AŞKARLANDI

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az- a  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə əyləşən həmkəndlisi Bəhruz Qardaşov olan “VAZ 2106” markalı avtomobil rayon ərazisində saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən  1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.