Bakı sakinindən NARKOTİK GÖTÜRÜLDÜ
    • 13-09-2019, 11:53
    • 581

Bakı sakinindən NARKOTİK GÖTÜRÜLDÜ

Bakı sakinindən narkotik götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt  sakini Naim Süleymanov  saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 33 qram olan  heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində  araşdırma aparılır.