“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim OĞURLADI
    • 13-09-2019, 15:01
    • 3 197

“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim OĞURLADI

“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim əşyaları oğurlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindənNews24.az-a verilən məlumata görə, sentyabrın 12-də saat 13 radələrində “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.