DYP tədris ili ilə əlaqədar TƏDBİRLƏR GÖRDÜ
    • 13-09-2019, 15:31
    • 858

DYP tədris ili ilə əlaqədar TƏDBİRLƏR GÖRDÜ

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində bölmə əməkdaşları tərəfindən rayon ərazisində olan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 50-dən artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə təhsil ocaqlarının qarşısında da yeni zolaqlar salınıb.

Bundan əlavə DYPB əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub