Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb
    • 14-09-2019, 02:04
    • 929

Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında azyaşlı oğlan uşağı ölüb.
News24.az xəbər verir ki, Yevlax rayonunun Xaldan qəsəbə sakini, 6 yaşlı Dəniz İsmayılov yıxılaraq  ağır xəsarət alıb.
D.İsmayılov yaxınları tərəfindən təcilli olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.