Nizami rayonunda döyülmə faktı baş verib.
News24.az xəbər verir ki, “Maklerlər bağı” adlanan ərazidə naməlum şəxs və ya şəxslər 1960-cı il təvəllüdlü Şapavalov Veçeslav Vitali oğlunu döyüblər.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
19:15
18:23