Bakıda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdü - FOTOLAR
    • 18-09-2019, 00:09
    • 1 118

Bakıda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdü - FOTOLAR

Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

News24.az xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.