Bakıda keçmiş məhkumdan 1 kq-dan çox heroin götürüldü
    • 23-09-2019, 12:16
    • 1 103

Bakıda keçmiş məhkumdan 1 kq-dan çox heroin götürüldü

Bakı sakinindən herion aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) News24.az-a verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq, götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.