Əri tərəfindən öldürülən 7 günlük azərbaycanlı gəlinin meyiti tapıldı -FOTO
    • 24-09-2019, 20:36
    • 1 102

Əri tərəfindən öldürülən 7 günlük azərbaycanlı gəlinin meyiti tapıldı -FOTO

Rusiyada itkin düşdüyü güman edilən 7 günlük gəlinin meyiti tapılıb.
News24.az xəbər verir ki, 23 yaşlı azərbaycanlı qadın Gülnar 22 aprel tarixində öldürülüb. Həyat yoldaşı Samir tərəfindən öldürüldüyü iddia olunan Gülnarın meyiti meşədə tapılıb. Samir Həbibovun tutulmasından sonra o, ifadəsində arvadını ehtiyatsızlıq səbəbindən vurduğunu bildirib. Qadının ölüm səbəbinin müəyyən edilməsi məqsədi ilə tibbi məhkəmə ekspertizası təyin edilib. 
Qeyd edək ki, Samir və Gülnar 15 aprel tarixində ailə həyatı qurub. Onlar evləndikdən sonra Marşal Jukov prospektindəki mənzildə yaşamağa başlayıb. Səhər saatlarında Gülnar Tibb İnstitutuna getməli idi. Amma qız yoxa çıxıb və onun telefonu söndürülüb. Samirin sözlərinə görə, o evdən səhər saatlarında çıxıb. 
 
Polis araşdırmasından məlum olub ki, əslində Gülnar itkin düşməyib. Onu həyat yoldaşı Samir qətlə yetirib. Hazırda müstəntiqlər Samiri sorğu-sual edirlər. Onun günahını boynuna alıb-almaması hələlik məlum deyil. İstintaq Komitəsində bu informasiya açıqlanmır.