Bakıda mağazadan oğurluq etdi, digər əməllərinin də üstü açıldı
    • 25-09-2019, 21:29
    • 1 472

Bakıda mağazadan oğurluq etdi, digər əməllərinin də üstü açıldı

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 mağazadan 60 manat və tütün məmulatı oğurlaması, habelə 6 mağazadan oğurluq etməsi də müəyyən edilib.