4 kiloqram narkotik qanunsuz dövriyyədən ÇIXARILDI

4 kiloqram narkotik qanunsuz dövriyyədən ÇIXARILDI
KRİMİNAL

26 sentyabr 2019, 12:00

Mətn ölçüsü

Daxili işlər orqanları xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub. Polis əməkdaşları tərəfindən S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxış zamanı 6,205 qram marixuana aşkar edilərək götürülüb. Görülmüş tədbirlərlə S.Əliqiyə narkotik vasitəni vermiş şəxsin onun qardaşı - Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilib və o, saxlanılıb.

Abşeron Rayon Polis İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Yastıqobu kənd sakini A.Abışova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatdan 2 kiloqram 260 qram marixuana aşkar edilərək götürülüb.