Sükan arxasında pul sayan sürücü avtomobili divara çırpdı

Sükan arxasında pul sayan sürücü avtomobili divara çırpdı
KRİMİNAL

28 sentyabr 2019, 00:11

Mətn ölçüsü

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər yaralanıb.

News24.az xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesinində, “Ekologiya postu”nun yaxınlığında qeydə alınıb. 

Nicat Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yol kənarındakı divara çırpılıb.

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü N.Ağayev sükan arxasında pul sayarkən avtomobil idarəetmədən çıxıb və bu zaman qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.