Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar
    • 28-09-2019, 20:48
    • 639

Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar

Lənkəranda üç maskalı şəxs 20 yaşlı gənci döyüb.

News24.az xəbər verir ki, dünən 1999-cu il təvəllüdlü, Ləj kənd sakini Pərviz Cümşüd oğlu Köçəriyev mal-qaranı örüşdən gətirmək üçün gedib və evə qayıtmayıb. 

Heyvanlar örüşdən qayıtsa da, Pərvizin evə gəlməməsi atası Cümşüd Köçəriyevi narahat edib və oğlunu axtarmaq üçün örüş sahəsinə yollanıb. 

Həmin yerə çatdıqda isə Pərvizin

gödəkçəsini tapıb və meşəyə oğlunu axtarmağa gedib. Ata oğlunu suötürücü kanalda, başı dizinə bağlı şəkildə tapıb. 

Hadisə yerinə dərhal təcili tibbi yardım maşını gəlib və huşsuz vəziyyətdə olan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsində müalicə olunan gəncin kəllə-beyin travması aldığı bildirilir. 

Sonradan huşu yerinə qayıdan Pərviz üç şəxsin onu döydüyünü deyib. Həmin şəxslərin üzündə maska olub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam edir.