Sumqayıtda kişi meyiti tapılıb
    • 1-10-2019, 23:24
    • 1 154

Sumqayıtda kişi meyiti tapılıb

Sumqayıt şəhərində kişi meyiti tapılıb.
News24.az xəbər verir ki, meyit şəhərin Hacı Zeynalabdin qəsəbəsində aşkarlanıb.
Ərazi üzrə 2-ci polis bölməsinə yaxınlıqda bir nəfərin meyitinin olması barədə məlumat daxil olub. Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Əliyev Mehman Taraş oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.