"28 may" stansiyasında QANLI OLAY 20 yaşında oğlanı...

"28 may" stansiyasında QANLI OLAY 20 yaşında oğlanı...
KRİMİNAL

05 oktyabr 2019, 21:30

Mətn ölçüsü

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Bakı metrosunun "28 may" stansiyasının içində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrətəli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib.