Tovuzda ürəyindən bıçaqlanan gənc yolda can verdi
    • 13-10-2019, 01:13
    • 727

Tovuzda ürəyindən bıçaqlanan gənc yolda can verdi

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. 


News24.az xəbər verir ki, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu ürəyindən bıçaqla xəsarət alıb. 

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılsa da, yolda keçinib. 

İkin məlumatlara görə, hadisə Kür çayının yaxınlığında yerləşən kafelərdən birində baş verib.  


Hazırda qətli törədən şəxsin istintaqa cəlb olunması istiqamətində Tovuz rayon Polis Şöbəsi tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb.