"Qızım hamilə olanda qayınanası qarnından vururdu” - Leylanın anası danışdı+Video
    • 13-10-2019, 11:45
    • 701

"Qızım hamilə olanda qayınanası qarnından vururdu” - Leylanın anası danışdı+Video

Oktyabrın 6-da Bakı Avtovağzalı yaxınlığında əri Nicat Məmmədov tərəfindən 3 azyaşlı uşaqlarının gözləri qarşısında qətlə yetirilən Leyla Məmmədovanın anası Flora Mahmudova qızının öldürülməsindən danışıb.


News24.az xəbər verir ki, Meydan Tv-yə danışan qadın 27 yaşlı qızının evli olduğu 7 il müddətində daima zorakılığa, təhqirlərə məruz qaldığını bildirib.


O, qızının şiddətə dözməyib boşanmaq istədiyi üçün öldürüldüyünü deyib:

"5-ci sinifdən atası məktəbdən çıxardıb evdə oturtmuşdu. Qonşularımdan soruşun mənim balam necə pak qız olub. Mənim balamı xəncərlə qətlə yetirib. 3 balasının gözünün qarşısında, küçədə vəhşicəsinə qanını axıdıb. Hadisə günü bizə gəlirdi. Ayrılmaq istəyirdi. Şiddətə dözmədiyini dedi. Atası ağır xəstə idi. Ona bir şey olar deyə qorxurdu. Hamilə olanda qaynanası qarnına vururdu ki, uşaq düşsün".