USD 1.7
EUR 1.8941
TRY 0.2634
RUB 0.0215
  • Bakı 18°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 12°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 13°C
  • QUBA 14°C
  • NAXÇIVAN 12°C

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə GÖTÜRÜLDÜ

KRİMİNAL

Mətn ölçüsü

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb.

Hadisə paytaxtın Binəqədi və Səbail rayonları ərazisində baş verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının birgə keçirdikləri əməliyyat-axtarış tərbirləri zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü İ.Zaranovdan 222 qram metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü Ə.Abdullazadə saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 125 qram “Tramadol” və 165 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbəri paylaş: