Bakıda kişi 26 yaşlı həyat yoldaşını dəfələrlə bıçaqladı – CİNAYƏT İŞİ

Bakıda kişi 26 yaşlı həyat yoldaşını dəfələrlə bıçaqladı – CİNAYƏT İŞİ
KRİMİNAL

16 oktyabr 2019, 14:55

Mətn ölçüsü

Bakıda həyat yoldaşını bıçaqlayaraq ona ağır xəsarətlər yetirən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsində rayon sakini Nəcəfov Akif İlham oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Eldar Mikayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qanlı hadisə bu ilin 8 aprel tarixində Bakının Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızı əri ilə mübahisə edən zaman bıçaq xəsarəti alıb. Ona ümumilikdə 3 bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib və tibbi müdaxilə nəticəsində ölümdən xilas olub.