Əli Həsənovun qohumu deyilən, qəzada ölən 16 yaşlı Kamran müğənninin oğlu imiş

Əli Həsənovun qohumu deyilən, qəzada ölən 16 yaşlı Kamran müğənninin oğlu imiş
KRİMİNAL

26 oktyabr 2019, 21:36

Mətn ölçüsü

Bakı-Qazax yolunun Hacıqabul rayonu istiqamətində baş verən dəhşətli qəzada ölən 16 yaşlı Kamran Qasımov müğənni İlham Qasımovun oğlu imiş.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu haqda Hacı Nuran sosial şəbəkədə yazıb. Bir çox sənət adamı da ifaçıya başsağlığı verib.

Qeyd edək ki, hadisə oktyabrın 24-də saat 13 radələrində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Qəzaya yüksək sürət səbəb olub. İlkin Əliyevin Baş Nazirin sabiq müavini Əli Həsənovun ögey nəvəsi olması barədə xəbərlər yayılıb. Belə ki, İ.Əliyevin Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğlu olduğu bildirilir.

Əli Həsənov isə açıqlamasında İlkin Əliyev ilə qohumluğu olmadığını deyib.