Salyanda arvadını öldürən ər TUTULDU
    • 2-11-2019, 13:17
    • 978

Salyanda arvadını öldürən ər TUTULDU

Noyabrın 1-də Salyan şəhərində yaşayan N.Hüseynovun evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirməsi, sonra isə həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov saxlanılıb. Salyan rayon Prokurorluğunda araşdırma aparılır.