Piyadanı avtomobil vurub, digər avtomobillər də üstündən keçib
    • 3-11-2019, 00:12
    • 860

Piyadanı avtomobil vurub, digər avtomobillər də üstündən keçib

Şəmkirdə piyadanı avtomobil vurub.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 412-ci kilometrliyində, rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı yük maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Daha sonra onun cəsədinin üstündən daha bir neçə nəqliyyat vasitəsi keçdiyindən tanınmaz hala düşüb.
Faktla bağlı araşdırmalar aparılır. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.