Kənd kafesində fahişəxana aşkarlandı
    • 27-08-2018, 10:10
    • 1 620

Kənd kafesində fahişəxana aşkarlandı

Xaçmaz rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarına Xaçmaz rayonu Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının avqustun 25-də, gecə saatlarında keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.