27 yaşlı ermeni öz valideynlərini bıçaqladı
Kriminal
Ermənistanın paytaxtı Yerevan şəhərində 27 yaşlı oğlan valideynlərini bıçaqlayıb. News24.az-ın məlumatına görə, bu barədə “Sputnik Ermənistan” xəbər verib.
Belə ki, ana-atasına xəsarət yetirən gənc daha sonra özünü bıçaqlayıb. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisənin ailə-məişət zəmnində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir. Cinayətkar saxlanılıb.