Pul seyfini oğurlayanlar TUTULDU
    • 7-11-2019, 19:13
    • 819

Pul seyfini oğurlayanlar TUTULDU

Yasamal rayonu ərazisindəki evlərin birindən seyf oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıblar.