"Təcili yardım” qəzaya düşdü - 7 yaşlı oğlan öldü
    • 27-08-2018, 15:02
    • 1 497

"Təcili yardım” qəzaya düşdü - 7 yaşlı oğlan öldü

Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə “Təcili yardım” maşını toqquşub. 
Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun qırağındakı çökəkliyə düşüb, "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.
Digər iki sərnişin - 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Polis faktla bağlı araşdırma aparır.