Bir ailənin 7 üzvü zəhərləndi 4-ü azyaşlıdır
    • 24-11-2019, 10:54
    • 900

Bir ailənin 7 üzvü zəhərləndi 4-ü azyaşlıdır

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.
Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.
Nəticədə 7 nəfər zəhərlənib.
Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.