İsmayıllıda 2 qadının ŞOK ƏMƏLLƏRİ – 26 NƏFƏRİ ALDATDILAR
    • 24-11-2019, 21:57
    • 1 177

İsmayıllıda 2 qadının ŞOK ƏMƏLLƏRİ – 26 NƏFƏRİ ALDATDILAR

İsmayıllı rayonunda 26 nəfərə qarşı dələduzluq etmiş 2 qadın barəsində cinayət işi açılıb.


News24.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis İdarəsində Əhmədova Firəngiz Nəcəf qızı və Cəfərli İradə Kazım qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, yəni, dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə cinayət işi açılıb. İş üzrə ümumilikdə 26 nəfər zərərçəkən müəyyənləşdirilib.


İki qadının həmin şəxslərə müxtəlif vədlər verərək hər birindən xeyli pul aldığı üzə çıxıb.


Artıq iş üzrə ibtidai istintaq tədbirləri yekunlaşdırılıb və iş baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. İşə hakim Rəfayel Şirinovun sədrliyi ilə baxılacaq.