Toya getməyə hazırlaşan ana faciəvi şəkildə öldü
    • 25-11-2019, 21:53
    • 700

Toya getməyə hazırlaşan ana faciəvi şəkildə öldü

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib. 

News24.az xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb. 

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib.  

Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.  

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.