Nazirlik Bakıda 2 nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA verdi
    • 30-11-2019, 20:30
    • 795

Nazirlik Bakıda 2 nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA verdi

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az -a verilən məlumata görə, noyabrın 29-da saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən paytaxt sakini E.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, zərbədən “Khazar” markalı avtomobil yol ayrıcısına dəyib.

Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.