Avtoyuma məntəqəsində işləyən kişinin qabırğasını sındırıb öldürdülər
    • 6-12-2019, 10:41
    • 668

Avtoyuma məntəqəsində işləyən kişinin qabırğasını sındırıb öldürdülər

Bakıda avtoyuyucu və mühafizəçi işləyən şəxsi amansızlıqla qətlə yetiriblər.
News24.az xəbər verir ki, hadisə dünən Xətai rayonu, G.Mehmandarov küçəsi 14 ünvanında yerləşən avtoyuma məntəqəsində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Əfqan Nadir oğlu Mustafayevin meyidi tapılıb.
Onun meyidinin üzərində xəsarət və döyülmə izləri aşkarlanıb.
Meyit ekspertiza müayinə olub. Onun qabırğasında sınıq aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.