Bakıda azyaşlı qızlara qarşı İYRƏNC ƏMƏL – Cinayət işi açıldı
    • 7-12-2019, 14:16
    • 865

Bakıda azyaşlı qızlara qarşı İYRƏNC ƏMƏL – Cinayət işi açıldı

Bakıda azyaşlı qızlara əzab verən şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsində Xəndam Ağazadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, yəni, əzab vermə - iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə 2 azyaşlı qız zərərçəkən şəxs qismində tanınıb.

Artıq ibtidai istintaq başa çatıb və cinayət işinin materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq və hazırlıq iclası 13 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, X.Ağazadə İskəndərli soyadlı iki azyaşlı qızı girov saxlayaraq onlara qarşı zorakılıq əməlləri törədib.